Səhiyyə idarəçiliyində davamlı inkişaf, dayanıqlılıq və gələcəyə baxış
Ali Səhiyyə Menecmenti Akademiyasının II sessiyası səhiyyə müəssisələrinin davamlı inkişafını, maliyyə dayanıqlılığını, rəqəmsal və pasiyent-mərkəzli yanaşmaları, eləcə də səhiyyə menecmenti üzrə təhsil və kadr hazırlığının gələcəyini əhatə edən proqramla həyata keçirilib.
14, 21 və 28 iyun 2026-cı il tarixlərində keçirilən sessiya çərçivəsində səhiyyə idarəçiliyinin aktual məsələləri üzrə 4 tematik dərs və yekun panel müzakirəsi təşkil olunub.


















Proqram çərçivəsində keçirilən dərslər
Dərs 1 — Səhiyyə xidmətlərində pasiyent məmnuniyyəti və davamlı inkişaf strategiyaları
Spiker: Fəqan Həsənzadə
Pasiyent məmnuniyyətinin ölçülməsi və artırılması, xidmət keyfiyyətinin davamlı inkişafı və səhiyyə müəssisələrinin fəaliyyətində pasiyent təcrübəsinin əhəmiyyəti.
Dərs 2 — Həcmdən Dəyərə: Lean, rəqəmsal və pasiyent-mərkəzli səhiyyə sisteminin qurulması
Spiker: Ülvi Mirzoyev
Lean yanaşmasının səhiyyədə tətbiqi, rəqəmsal transformasiya və resurslardan daha səmərəli istifadə etməklə pasiyent üçün yaradılan dəyərin artırılması.
Dərs 3 — Xəstəxanalarda maliyyə dayanıqlılığı və davamlılıq
Spiker: Cabir Gülmalıyev
Xəstəxanaların maliyyə idarəetməsi, resursların effektiv planlaşdırılması, maliyyə dayanıqlılığının təmin edilməsi və uzunmüddətli davamlılıq məsələləri.
Dərs 4 — Xəstəxana şəbəkəsinin qurulması və qurumlararası koordinasiya
Spiker: Hansıyar Babayev
Xəstəxana şəbəkələrinin formalaşdırılması, müxtəlif qurumlar arasında koordinasiyanın gücləndirilməsi və səhiyyə xidmətlərinin inteqrasiyalı idarə olunması.
Yekun panel müzakirəsi
Mövzu: Azərbaycanda Səhiyyə Menecmenti Təhsilinin Gələcəyi və Perspektivlər
Moderator: Fəqan Həsənzadə
Panelistlər:
• Prof. Dr. Haydar Sur
• Samir Babayev
• Fariz İsmayılzadə
• Məlahət Sultanova
Yekun paneldə Azərbaycanda səhiyyə menecmenti üzrə təhsil və peşəkar kadr hazırlığının inkişaf perspektivləri, müasir səhiyyə sisteminin yeni idarəetmə kompetensiyalarına olan tələbatı, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də səhiyyə menecerlərinin hazırlanmasında yeni tədris modellərinin rolu müzakirə olunub.
II sessiyanın əsas nəticəsi
II sessiya səhiyyə idarəçiliyinə yalnız müəssisədaxili proseslər səviyyəsində deyil, həm də sistem, maliyyə, rəqəmsallaşma, pasiyent dəyəri və peşəkar kadr hazırlığı kontekstində kompleks yanaşmanı ön plana çıxarıb.
I sessiyanın təcrübəsi üzərində formalaşdırılan II sessiya Akademiyanın məzmununun davamlı inkişaf etdirildiyini və səhiyyə idarəçiliyinin dəyişən tələblərinə uyğunlaşdırıldığını nümayiş etdirib.
İki uğurlu sessiyanın təcrübəsi əsasında Ali Səhiyyə Menecmenti Akademiyası fəaliyyətini III sessiya ilə davam etdirir.
