Ali Səhiyyə Menecmenti Akademiyası (3-cü sessiya) – qeydiyyat başladı!

ALİ SƏHİYYƏ MENECMENTİ AKADEMİYASI

III SESSİYA üzrə qeydiyyat artıq başladı!

Yalnız 100 nəfər üçün biletlər satışa çıxmışdır.
Tələsin!

Təlim 6-13 sentyabr tarixində keçiriləcək. 📆

Bugünün bilikləri,sabahın liderləri

Səhiyyədə liderlik yeni səviyyəyə yüksəlir!
Böyük maraq və yüksək iştirakçı məmnuniyyəti ilə keçirilən Ali Səhiyyə Menecmenti Akademiyası artıq III Sessiya ilə yenidən sizinlədir!

İlk iki sessiyada onlarla səhiyyə rəhbəri, həkim, tibb bacısı və idarəçi peşəkar biliklərini inkişaf etdirərək uğurla məzun oldu. İndi isə daha güclü proqram, daha zəngin məzmun və beynəlxalq yanaşma ilə yeni iştirakçılarını gözləyirik.

Proqramın üstünlükləri

📅 2 həftəlik intensiv premium tədris proqramı
🌍 Yerli və beynəlxalq mentorların iştirakı
🏥 Real kliniki idarəetmə bacarıqları
💬 Liderlik və peşəkar kommunikasiya bacarıqları
📚 Xüsusi hazırlanmış müasir tədris modeli
🎓 “Səhiyyə Menecmentində Mükəmməllik Diplomu”
🚀 Beynəlxalq perspektiv və innovativ idarəetmə yanaşmaları

Niyə məhz ASMA?

Çünki bu proqram yalnız nəzəri bilik vermir — iştirakçılar real kliniki idarəetmə təcrübəsi, liderlik bacarıqları, strateji düşüncə, effektiv qərarvermə və beynəlxalq səhiyyə idarəetmə standartları ilə tanış olur və onları praktikada tətbiq etməyi öyrənirlər.

Bu, sadəcə bir təlim deyil… Bu, gələcəyin səhiyyə liderlərini yetişdirən premium inkişaf platformasıdır.

Ali Səhiyyə Menecmenti Akademiyası – Bugünün bilikləri,sabahın liderləri !