Səhiyyə və Xəstəxana İdarəetməsi üzrə Konsaltinq
Səhiyyə müəssisəsinin effektiv fəaliyyəti düzgün qurulmuş idarəetmə modelindən başlayır. Biz səhiyyə təşkilatlarının mövcud idarəetmə strukturunu, iş proseslərini, resurslardan istifadə səviyyəsini və təşkilati imkanlarını kompleks şəkildə qiymətləndiririk.
Müəyyən edilmiş ehtiyaclar əsasında idarəetmə strukturlarının təkmilləşdirilməsi, funksiyaların optimallaşdırılması, qərarvermə mexanizmlərinin gücləndirilməsi və əməliyyat proseslərinin daha səmərəli təşkili üzrə həllər hazırlayırıq. Rəhbərlik və idarəetmə komandaları ilə əməkdaşlıq edərək təşkilatın real ehtiyaclarına uyğun, tətbiq oluna bilən modellər formalaşdırırıq.
