Konfrans və Forumların Təşkili
Peşəkar biliklərin paylaşılması, müxtəlif ekspertlərin bir araya gətirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması səhiyyə ekosisteminin inkişafında mühüm rol oynayır. Biz elmi və peşəkar tədbirlərin ideyadan icraya qədər bütün təşkilati mərhələlərini idarə edirik.
Konfrans, forum, seminar və digər tədbirlər üçün konsepsiyanın hazırlanması, proqramın formalaşdırılması, spikerlərin koordinasiyası, iştirakçıların idarə edilməsi, kommunikasiya və tədbir logistikasını təşkil edirik. Mövzu və auditoriyaya uyğun qurulan tədbir konsepsiyası vasitəsilə bilik mübadiləsi ilə yanaşı, yeni peşəkar əlaqələrin və əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradırıq.
