Təsisçinin müraciəti
Səhiyyə yalnız tibbi xidmət deyil. Güclü səhiyyə sistemi eyni zamanda bilik, düzgün idarəetmə, innovasiya və davamlı inkişaf üzərində qurulur.
From Science To Health məhz bu yanaşmadan doğub, elmi bilikləri real səhiyyə təcrübəsinə, müasir idarəetmə modellərini isə praktik və ölçülə bilən nəticələrə çevirmək məqsədilə.
Biz səhiyyə menecmenti, təhsil, konsaltinq, tədqiqat və peşəkar inkişaf istiqamətlərində fəaliyyət göstərərək səhiyyə sektorunun inkişafına töhfə verməyi hədəfləyirik. Yerli və beynəlxalq ekspertləri, səhiyyə rəhbərlərini, mütəxəssisləri və təşkilatları bir araya gətirməklə bilik və təcrübə mübadiləsi üçün güclü platforma yaratmaq əsas prioritetlərimizdəndir.
İnanırıq ki, səhiyyənin gələcəyi yalnız yeni texnologiyalarla deyil, həmin texnologiyaları və resursları doğru idarə edən güclü liderlər, peşəkar komandalar və elmi əsaslı qərarlarla formalaşacaq.
From Science To Health olaraq məqsədimiz yalnız layihələr həyata keçirmək deyil. Məqsədimiz öyrənən, paylaşan, əməkdaşlıq edən və dəyər yaradan bir səhiyyə ekosisteminin formalaşmasına töhfə verməkdir.
Elm ilə başlayırıq. Biliklə inkişaf edirik. Sağlamlığa dəyər qatırıq.
Fəqan Həsənzadə
From Science To Health
Təsisçi və Rəhbər
From Science To Health
“From Science To Health” MMC Azərbaycanda səhiyyə və xəstəxana idarəetməsi sahəsində fəaliyyət göstərən və bu istiqamətdə rəsmi qeydiyyatdan keçmiş ilk ixtisaslaşmış konsaltinq şirkətlərindən biridir. Şirkətimiz səhiyyə sektorunda idarəetmə mədəniyyətinin inkişafına, beynəlxalq təcrübənin tətbiqinə və innovativ həllərin formalaşdırılmasına töhfə vermək məqsədilə yaradılmışdır.
Missiyamız
“From Science To Health” MMC səhiyyə sektorunda elmi bilikləri praktik həllərə çevirərək təşkilatların idarəetmə potensialını gücləndirməyi, innovativ yanaşmaların tətbiqini təşviq etməyi və beynəlxalq standartlara uyğun inkişaf proseslərinə töhfə verməyi özünün əsas missiyası hesab edir.
Fəaliyyətimizin mərkəzində səhiyyə müəssisələrinin strateji inkişafı, idarəetmə səmərəliliyinin artırılması, keyfiyyət mədəniyyətinin formalaşdırılması və insan kapitalının inkişafı dayanır. Hər bir layihəyə fərdi yanaşaraq uzunmüddətli nəticələr yaradan, dəyər formalaşdıran və davamlı inkişafa xidmət edən həllər hazırlayırıq.
Səhiyyə sektorunda elmi sübutlara, innovativ yanaşmalara və beynəlxalq ən yaxşı təcrübələrə əsaslanan konsaltinq və idarəetmə həlləri təqdim edərək, tibb müəssisələrinin davamlı inkişafını, idarəetmə səmərəliliyini və xidmət keyfiyyətini artırmaqdır.
Dəyərlər
1. Elm və Sübut Əsaslı Yanaşma
Bütün qərar və həllərimizi elmi araşdırmalara, etibarlı məlumatlara və beynəlxalq ən yaxşı təcrübələrə əsaslandırırıq.
2. Dürüstlük və Peşəkarlıq
Fəaliyyətimizdə etik prinsiplərə, şəffaflığa və yüksək peşəkar standartlara sadiq qalaraq etibarlı tərəfdaş olmağı hədəfləyirik.
3. İnnovasiya və Davamlı İnkişaf
Səhiyyə sistemində innovativ həllərin tətbiqini dəstəkləyir, müştərilərimizin uzunmüddətli inkişafına və davamlı uğuruna töhfə veririk.
Vizyonumuz
“From Science To Health” MMC-nin gələcəyə baxışı elmi yenilikləri, qabaqcıl texnologiyaları və strateji düşüncəni bir araya gətirərək səhiyyə təşkilatlarının davamlı inkişafına istiqamət verən etibarlı tərəfdaş olmaqdır.
