Marketinq və Biznes inkişafı
Səhiyyə müəssisələrinin bazarda mövqeyinin möhkəmləndirilməsi üçün xidmət keyfiyyəti ilə yanaşı, düzgün kommunikasiya və inkişaf strategiyası da vacibdir. Biz təşkilatların bazar mövqeyini, hədəf auditoriyalarını, xidmət portfelini və rəqabət mühitini təhlil edirik.
Brend strategiyası, marketinq planlaşdırılması, xidmətlərin mövqeləndirilməsi, yeni xidmət istiqamətlərinin müəyyənləşdirilməsi və biznes inkişafı üzrə həllər hazırlayırıq. Məqsədimiz marketinq fəaliyyətini yalnız tanıtım vasitəsi kimi deyil, təşkilatın biznes və institusional inkişafını dəstəkləyən idarəetmə aləti kimi formalaşdırmaqdır.
