Keyfiyyət & Akreditasiya

Səhiyyə xidmətlərinin keyfiyyəti sistemli standartlar, ölçülə bilən göstəricilər və davamlı nəzarət mexanizmləri üzərində qurulur. Biz səhiyyə müəssisələrində keyfiyyət idarəetmə sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə xidmətlər təqdim edirik.

Mövcud proseslərin standartlara uyğunluğunun təhlili, boşluqların müəyyənləşdirilməsi, daxili qiymətləndirmələrin təşkili, sənədləşmə sisteminin təkmilləşdirilməsi və akkreditasiya prosesinə hazırlıq istiqamətlərində dəstək göstəririk. Bu işlər pasiyent təhlükəsizliyi, xidmət standartları və təşkilati məsuliyyətin daha sistemli şəkildə idarə olunmasına xidmət edir.