Təlimlərin təşkili

Səhiyyədə idarəetmə keyfiyyətinin yüksəldilməsi güclü insan kapitalı tələb edir. Bu məqsədlə səhiyyə rəhbərləri, menecerlər, inzibati heyət və müxtəlif profilli mütəxəssislər üçün ehtiyaca uyğun təlim proqramları hazırlayır və həyata keçiririk.

Təlimlərdə nəzəri biliklərlə yanaşı, real iş situasiyaları, praktiki tapşırıqlar, case-study və interaktiv metodlardan istifadə olunur. Liderlik, strateji idarəetmə, layihələrin idarə olunması, effektiv kommunikasiya, komanda idarəçiliyi, dəyişikliklərin idarə edilməsi və müasir səhiyyə trendləri üzrə proqramlar formalaşdırırıq.