Strateji planlaşdırma
Səhiyyə təşkilatının davamlı fəaliyyəti aydın istiqamət və prioritetlərin müəyyən edilməsini tələb edir. Biz təşkilatın mövcud vəziyyətini, xarici mühiti, imkan və risklərini təhlil edərək strateji inkişaf istiqamətlərinin formalaşdırılmasına dəstək veririk.
Missiya və vizyonun müəyyənləşdirilməsi, strateji prioritetlərin seçilməsi, inkişaf istiqamətlərinin sistemləşdirilməsi və fəaliyyət göstəricilərinin hazırlanması proseslərini təşkil edirik. Hazırlanan strategiyanı konkret tədbirlər, məsul şəxslər, icra müddətləri və qiymətləndirmə meyarları ilə əlaqələndirərək onun praktik tətbiqi üçün əsas yaradırıq.
