Səhiyyə Menecmenti, Strateji Liderlik və Səhiyyədə Layihələrin İdarəolunması üzrə Ekspert
Fəqan Həsənzadə səhiyyə idarəçiliyi, korporativ strategiya və təşkilati inkişaf sahələrində ixtisaslaşmış rəhbər mütəxəssisdir.
O, səhiyyə sahəsində strateji konsaltinq, peşəkar inkişaf və innovativ idarəetmə həlləri təqdim edən From Science To Health MMC-nin təsisçisi və rəhbəridir.
Şirkət səhiyyə təşkilatları üçün konsaltinq xidmətləri, rəhbər və mütəxəssislərin peşəkar inkişaf proqramları, eləcə də müasir idarəetmə yanaşmalarına əsaslanan həllər təqdim edir.
Akademik hazırlığını iqtisadiyyat və səhiyyə idarəçiliyi istiqamətlərində formalaşdıran Fəqan Həsənzadə, peşəkar fəaliyyəti boyunca dövlət və özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışmış, səhiyyə təşkilatlarının idarə olunması, strateji planlaşdırma, biznesin inkişafı və institusional transformasiya sahələrində zəngin təcrübə qazanmışdır.
